“Keşlə” futbolçusu Cavid İmamverdiyevlə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi ilə mövsümün əvvəlində bağlanan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, İmamverdiyevin “Sumqayıt”a keçməsi gözlənilir. Sözügedən klubun bu transferi qısa zamanda açıqlaması ehtimal olunur.