
“Kəpəz”in zədəlilərinin son durumu açıqlandı
- 19 Avq 2022 20:15
- 468
“Kəpəz”in zədəli futbolçuları Yeqor Xvalko və Mixeil Erqemlidzenin müalicəsi davam edir.
Klubun tibb xidmətindən Rekord.az-a verilən məlumata görə, Xvalkonun topuq və daban nahiyəsində ağrılar var.
Erqemlidzenin isə körpücük sümüyü əzilib. Zədə səbəbindən onlar "Qəbələ"yə qarşı görüşü buraxacaqlar.
Hər iki futbolçu "Neftçi" ilə oyunda zədələnərək əvəzlənmişdilər.