
"Kəpəz"in yeni gürcüsü nə qədər maaş alacaq?
- 08 İyl 2022 15:47
- 678
Xəbər verdiyimiz kimi, "Kəpəz" dünən daha bir legionerin keçidini həll edib.
Rekord.az xəbər verir ki, cinah yarımmüdafiəçisi mövqeyində oynayan Mate Kvirkviya ilə birillik müqavilə imzalanıb.
26 yaşlı gürcü son olaraq ölkəsində "Qaqra"nın şərəfini qoruyub. Kvirkviya Tbilisi "Dinamo"su və "Torpedo" ilə Gürcüstan çempionu olub .
Gürcüstanın müxtəlif yaş qruplarından ibarət milli komandaların da formasını geyinmiş Mate Gəncə təmsilçisinə münasib qiymətə başa gəlib.
Burada çıxış edəcəyi hər ay üçün 2500 dollar əməkhaqqı alacaq. "Kəpəz" daha əvvəl gürcüstanlı Giorgi Kantariya ilə sözləşmə imzalayıb. (sportinfo.az)