Elitaya qaytarılan "Kəpəz" yeni mövsümün hazırlıqlarını davam etdirir.

Rekord.az xəbər verir ki, Gəncə təmsilçisi hazırda toplanışın Bakı mərhələsindədir.

Növbəti mərhələdə ölkə xaricinə yollanmaq variantı olsa da, hələlik bu məsələ sual altındadır. Saytımıza daxil olan məlumata görə, AFFA bunun üçün vəsait ayırmaqda çətinlik çəkir. Problem federasiyadan daha çox, SOCAR-dan qaynaqlanır. Gəncə klubunun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev də ölkə xaricində toplanış məsələsinə yaxın günlərdə aydınlıq gələcəyini bildirdi.