"Kəpəz"in "İmişli"yə icarəyə verdiyi legioner: "Mənə dedilər ki..." MÜSAHİBƏ
- 22 Sen 2023 11:00
- 1467
"İmişli"nin legioner futbolçusu Ezekiel Morqan MOİK-ə 0:1 məğlubiyyətlə başa çatan səfər matçından sonra Rekord.az-a müsahibə verib:
- Qısa olaraq arxada qalan oyun barədə fikirlərini eşitmək istərdik…
- Məğlubiyyətə baxmayaraq, yaxşı oynadığımızı düşünürəm. Əlimizə düşən şanslardan yararlana bilmədik. Evə dönüb səhvlərimizi analiz edib, növbəti oyuna hazırlaşacaq, bu səhvləri təkrarlamamağa çalışacağıq.
- “Kəpəz”ə transfer olunsan da, gələn kimi “İmişli”yə icarəyə verildin. Səbəb nədi?
- Oyun təcrübəsi toplamağım lazım idi. Burda daha çox dəqiqə meydanda olmağı, yaxşı fiziki durumda, formada olmağı hədəfləyirəm. Bunları edib mövsümün sonunda “Kəpəz”ə daha yaxşı vəziyyətdə qoşulmaq istəyirəm.
- Azərbaycana gəlişin necə alındı? Bura gəlməzdən öncə başqa yerlərdən təkliflərin var idimi?
- Xeyr, yox idi. “Kəpəz”dən təklif gəldi, mən də qəbul etdim. Mənə dedilər ki, Azərbaycana getmək yaxşı variantdı.
- Futbolumuz haqda hansısa məlumatın vardı?
- Heç bir informasiyam yox idi.
- Nə klub, nə yığma?
- Heç nə.
- Bəs heç nə bilmədiyin ölkə futboluna gəlməyi necə qərarlaşdırdın?
- Az da olsa, “Kəpəz” haqda məlumat topladım. Yetərli oldu. Artır burdayam və “İmişli”də oynayıram.
- Azərbaycan gəlmisən. Burdakı hədəflərin nədi?
- İlk olaraq “İmişli”nin yuxarı pillələrdə qərarlaşmasını istəyirəm. Bununla yanaşı, daha çox çalışmaq, formamı yaxşılaşdırmaq niyyətindəyəm. Belə olsa, istənilən komandada oynamağa hazır olaram. Məqsədim hazır olmaq, növbəti mövsümdə “Kəpəz”ə qoşulmaq, əsas heyətdə oynamaqdı.
- Düzdü, cəmi 2 oyun oynamısan, o da I Liqada. Azərbaycan futbolu təsəvvür yaratmaq imkanın olubmu?
- Burda futbol yaxşı səviyyədədi. Premyer-Liqadakı sürəti, tempi xüsusilə fərqləndirə bilərəm.