"Kəpəz"in yay təlim-məşq toplanışında bəyəndiyi Juninyo Maranhense Azərbaycana gəlib.

Rekord.az xəbər verir ki, braziliyalı futbolçu artıq Gəncə klubunun məşqlərinə qoşulub.

23 yaşlı vinger əslində yaydan "Kəpəz"də çıxış etməli idi.

Amma həmin vaxtı məxsus olduğu "Babrunqas"la altı aylıq müqaviləsi olduğuna görə, onun Gəncə klubundakı çıxışı baş tutmamışdı.

Artıq onun son klubu ilə müqaviləsi başa çatıb və braziliyalı qışdan sonra Azərbaycan çempionatında çıxış edə biləcək.

​O, əvvəllər ABC, “Palmeyra”, “Maranhao”, “Moto” klublarında çıxış edib. (sportal.az)