AFFA-nın yaratdığı Futbolun İnkişaf Fondu (FİF) hələ ki, effektli fəaliyyət göstərə bilmir.

Rekord.az xəbər verir ki, “Kəpəz” və “Turan Tovuz”a avtobus almaq üçün təşkil edilən “100k” layihəsi də özünü doğurultmaı.

“Kəpəz”də ilkin vaxtlarda fəallıq müşahidə olunsa da, son dövrlər bu sahədə də geriləmə var. Əldə etdiyimiz son məlumata görə, “Kəpəz100k” layihəsi çərçivəsində satışa çıxarılan 7140 pikseldən heç 1000 dənəsi satılmayıb. Son həftədə isə, satış, ümumiyyətlə, aşağı düşüb. Bu gedişlə “Kəpəz”in avtobus almaq xəyalı da suya düşüb.