Misli Premyer Liqasının 35-ci turunda "Qarabağ"ın qonağı olacaq "Kəpəz"də ciddi itkilər var.
Rekord.az xəbər verir ki, komandanın aparıcı futbolçuları olan Yeqor Xvalko ilə Rojerio Dos Santos meydançaya çıxa bilməyəcək.
Hər iki futbolçu sarı vərəqə limitini doldurub.