"Kəpəz" hələ də boş qalmış fiziki-hazırlıq üzrə məşqçi postuna yeni şəxs tapıb.

Rekord.az xəbər verir ki, bu şəxs əcnəbi olacaq.

Klubun mətbuat xidmətindən aldığımız məlumata görə, həmin şəxsin adı iyunun 30-a kimi açıqlanacaq.

Qeyd edək ki, Gəncə təmsilçisi məhz sözügedən tarixdə yay toplanışına start verir.