Uzun fasilədən sonra “Kəpəz” və “Turan Tovuz”un yenidən elitaya dönüşü bir sıra məsələləri də şərtləndirir.

Rekord.az xəbər verir ki, bu şərtlərdən biri də rəsm klub saytının varlığıdır.

I Divizionda klublarımız bunu o qədər də ciddiyə almasa da, Premyer Liqada almağa məcbur olurlar. Düzdür, lisenziyalaşdırmada bununla bağlı xüsusi şərt, bənd yoxdur. Amma peşəkar klub, imic mənasında olması vacibdir. Bəs görəsən, Tovuz və Gəncə təmsilçiləri bu yöndə hansısa addım atacaqmı? Məsələ ilə bağlı hər iki klubla əlaqə saxladıq. Həm “Turan Tovuz”un mətbuat katibi Süleyman Tağıyev, həm də “Kəpəz”in mətbuat sözcüsü Azad Mustafayev bunun üzərində iş getdiyini və yeni mövsümün startına kimi saytların hazır olacağını bildirdi.