Birinci divizionda yeni mövsümə hazırlığı Gəncədə davam etdirən “Kəpəz” təlim-məşq toplanışı dövründə yoxlama oyunları da keçirəcək.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “sarı-göylər”in ilk rəqibi aşağı dəstənin digər təmsilçisi “Turan Tovuz” olacaq.

Tovuzlularla oyun sentyabrın 19-na təyin olunub. Nizami yurdunda keçiriləcək qarşılaşmaya saat 16:00-da start veriləcək.