"Kəpəz" rəhbərliyi bu futbolçu ilə görüşəcək: yola gətirib göndərmək üçün
- 13 Noy 2024 13:00
- 458
"Kəpəz" rəhbərliyi Redon Mihana ilə yenidən görüşmək niyyətindədir.
Rekord.az xəbər verir ki, Azər Bağırov bu futbolçunun xidmətində maraqlı deyil və onu əvəzedici komandaya göndərib.
Futbolçu da bu qərara etiraz etməyərək əvəzedicilərin heyətində məşqlərini edir və oyunlara çıxır. Amma əsas komanda ilə bağladığı müqavilədə göstərilən məbləğdə olan maaşını da almaqda davam edir. "Kəpəz" rəhbərliyi bir dəfə onunla danışıb yola gətirməyə çalışıb ki, təzminat məsələsində münasib qiymətə razılıq əldə edib, yolları ayırsınlar. Lakin futbolçu bu məsələdə güzəştə getməyib. Rəhbərlik yaxın zamanlarda Mihana ilə yenidən görüşüb onu dilə tutmağa çalışacaq.