"Kəpəz" rəhbərliyi büdcə ilə bağlı AFFA-ya müraciət edəcək.

Rekord.az-a daxil olan məlumata görə, Gəncə klubu növbəti mövsüm üçün büdcədə artım olmasını istəyir.

Komandanın onsuz da yetəri qədər problemi var, ev oyunlarını da Gəncədən kənarda keçirir və xərcləri xeyli artıb. Bir sözlə, hazırkı büdcə tam olaraq kifayət etmir. Bu üzdən də "Kəpəz" federasiyadan ən azı əlavə yarım milyon manat almaq istəyir.