“Kəpəz” – “Qəbələ” oyununa 3500 bilet satılıb
- 16:20
- 23
Sentyabrın 12-də Misli Premyer Liqasının 5-ci turu çərçivəsində “Kəpəz” və “Qəbələ” komandaları arasında keçiriləcək oyuna bilet satışı davam edir.
Rekord.az “Kəpəz”in mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşıdakı görüşə indiyə qədər 3500 bilet satılıb.
Futbol həvəskarları biletləri həm “iticket.az” saytı vasitəsilə, həm də matçın baş tutacağı Gəncə Şəhər Stadionunun kassalarında əldə edə bilərlər.
Onu da əlavə edək ki, biletlərin qiyməti 2-20 manat arasında dəyişir.
Oyun günü stadionun qapıları start fitindən 1,5 saat öncə – saat 16:00-da açılacaq.