
“Kəpəz” Azərbaycan çempionatlarındakı antirekordu təkrarladı
- 14:15
- 43
"Kəpəz" Azərbaycan çempionatları tarixindəki antirekordu təkrarlayıb.
Rekord.az xəbər verir ki, bu, Gəncə təmsilçisinin Misli Premyer Liqasının ilk 7 oyununda uduzması ilə mümkün olub.
1992-ci ildən keçirilən ölkə çempionatları tarixində 7-ci dəfə bir komanda startda 7 dəfə uduzub. "Kəpəz" belə halla ikinci dəfə üzləşən yeganə klubdur. Qərb təmsilçisi ötən mövsümdə də ilk 7 turu xalsız bitirib. Amma həmin vaxt (2-18) top fərqi indiki ilə (2-20) müqayisədə daha yaxşı olan gəncəlilərin ən uğursuz startı cari mövsümə təsadüf edir.
"Sarı-göylər"dən başqa, Kürdəmir "Şirvan"ı 1992, Sumqayıt "Xəzər"i 1994/1995, "Şəmkir" 1996/1997, Quba "Şahdağ"ı 2000/2001, "Şəfa" 2004/2005 mövsümündə belə uğursuzluq yaşayıb.
Qeyd edək ki, 1992-ci ildə çempionatda çıxışını dayandıran "Gənclik" klubuna bütün matçlarda məğlubiyyət verildiyi üçün siyahıya daxil edilməyib.