
“Kəpəz” “Araz-Naxçıvan”a qalib gəldi
- 10 Noy 2023 23:30
- 466
Misli Premyer Liqasında 13-cü tura “Araz-Naxçıvan” – “Kəpəz” matçı ilə start verilib.
Rekord.az xəbər verir ki, ötən həftə məğlub olan muxtar respublika təmsilçisi ardıcıl 2-ci yenilgini Mərdəkanda alıb.
Gəncəlilər meydana baş məşqçisiz çıxıb. “Qarabağ”a 1:7 hesablı məğlubiyyətdən sonra Azər Məmmədov istefa verib və onu bu görüşdə köməkçisi Etibar İbrahimov əvəz edib.
Azərbaycan Premyer Liqası
13-cü tur
10 noyabr
Araz-Naxçıvan – Kəpəz 0:1
Qol: Adama Niane, 75.
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 19. Aksel Nqando, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 1. Vüsal Şabanov, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike, 42. Kadiri Mohammed, 8. İsmail Azzaui.
“Kəpəz”: 96. İqor Rodriqes, 7. Ehtiram Şahverdiyev, 11. Elnur Cəfərov, 14. Elçin Əlicanov, 22. Rüfət Əhmədov, 26. Adama Niane, 91. Latir Fal, 25. Georgi Papunaşvili, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior.
Ehtiyat oyunçular: 1. Vladislav Vasilyuçek, 12. Kamran İbrahimov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 15. Cavad Kərimov.