
“Kayzerslautern”dən Mahirə təbrik
- 01 İyl 2025 20:15
- 51
Bu gün Azərbaycan futbolunun istedadlarından olan Mahir Emrelinin 28 yaşı tamam olur.
Rekord.az xəbər verir ki, "Bakı" Futbol Akademiyasının yetirməsi olan Emreli sonradan karyerasını "Qarabağ", "Legiya" (Polşa), "Dinamo" (Xorvatiya), "Konyaspor" (Türkiyə), "Nürnberq"də (Almaniya) davam etdirib.
Azərbaycan millisinin hücumçusu ötən ay Almaniyanın 2-ci bundesliqa təmsilçisi "Kayzerslautern"lə müqavilə imzalayıb. Yeni klubu bu gün sosial media hesabları vasitəsi ilə Emrelini doğum günü münasibəti ilə təbrik edib.
“Qırmızı-ağ"larla ilk ad günü. Doğum günün mübarək, Mahir!" - deyə təbrik mesajında bildirilib.