
Kavani "Vilyareal"la anlaşdı
- 20 Avq 2022 11:15
- 416
Uruqvaylı hücumçu Edinson Kavani karyerasını “Vilyarreal”da davam etdirə bilər.
Rekord.az xəbər verir ki, tərəflər arasında danışıqlar son mərhələdədir.
Müqavilə 2023-cü ilin yayına kimi, daha bir mövsüm uzadılmaq şərti ilə imzalanacaq.
Kavani iyulun 1-dən – “Mançester Yunayted”lə müqaviləsi başa çatdıqdan sonra azad agent statusundadır.
35 yaşlı uruqvaylı ötən mövsüm “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 20 oyuna çıxıb və 2 qol vurub.