"İmişli"nin vəziyyəti yaxşı deyil.

Rekord.az xəbər verir ki, sonuncu dəfə ötən ilin noyabrında qələbə qazanan bölgə təmsilçisi hazırda 11-ci pillədə qərarlaşan "Qəbələ"dən cəmi 6 xal irəlidədir.

Bu isə pley-off və Premyer Liqanı tərk etmək riski deməkdir. Belə olan halda baş məşqçi Jorge Kaşkilyanın taleyi necə olacaq? Əldə etdiyimiz məlumata görə, rəhbərlik hazırkı vəziyyətdə belə, ona güvənməyə davam edəcək və komanda Premyer Liqada qalsa, o zaman portuqaliyalıya yeni müqavilə təklif olunacaq.