Macarsıtanda qadın voleybolçuların çempionatında növbəti oyunlar baş tutub. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin üzvü Ayşən Abduləzimovanın formasını geyindiyi "Vasas" 4-cü turda "Szent Benedek" klubunu qəbul edib.

Görüş blokçumuzun komandasının tam üstünlüyü ilə keçib. Rəqibə heç bir şans verməyən meydan sahibləri 3:0 (25:16, 25:16, 25:13) hesablı qələbəni bayram ediblər.

Komandasının çətinlik çəkmədiyi bu qarşılaşmada "Vasas"ın və millimizin kapitasnına istirahət verilib. Əvəzləmə il meydana bir dəfə çıxan Abduləzimova hücumda 1 xal qazanıb.