Voleybolçu qadınlardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimova Macarıstanda növbəti uğura imza atıb. "Rekord.az" xəbər verir ki, təcrübəli blokçumuz Macarıstanda 2022-ci ilin Ən yaxşı xarici qadın oyunçusu seçilib.

Macarıstan Voleybol Federasiyası ilin ən yaxşılarını müəyyən edib. Bu sırada yığmamızın voleybolçusu da yer alıb. Millimizin və şərəfini qoruduğu "Vasas" klubunun kapitanı Ayşən Abduləzimova səsverməyə əsasən 2022-ci ildə Macarıstanda çıxış edən ən yaxşı xarici oyunçu seçilib. 

Qeyd edək ki, Ayşən ötən mövsümün yekununda Macarıstan birinciliyinin MVP-si (Ən dəyərli oyunçu) seçilmişdi.