Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Macarıstan kubokunda mübarizəyə başlayıb. "Rekord.az" xəbər verir ki, blokçumuzun şərəfini qoruduğu və son kubokun sahibi olmuş "Vasas" yarışa 1/8 finaldan qatılıb.

Voleybolçumuzun komandası ilk sınaqda "BVSC-ZUGLO" klubu ilə rəqib olub. Görüş Ayşən və rəfiqələrinin üstünlüyü ilə keçib. İlk iki setdə rəqib ciddi müqavimət göstərsə də daha "Vasas" quru hesablı qələbə qazanıb - 3:0 (25:22, 25:23, 25:13).

Komandasının mərhələ adladığı qarşılaşmada "Vasas"ın və yığmamızın kapitanı 7 dəfə fərqlənib. Abduləzimova bu xallardan 5-ni hücumda, 2-ni isə blokda qazanıb.