Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Macarıstan klubu ilə növbəti uğura imza atıb. "Rekord.az" xəbər verir ki, təcrübəli blokçumuzun formasını geyindiyi "Vasas" klubu Yunanıstanda təşkil olunan beynəlxalq hazırlıq turnirinin qalibi olub.

Kapitanımızın komandası finalda Yunanıstanın "Thiras" klubu ilə qarşılaşıb. Görüş Ayşən və rəfiqələrinin üstünlüyü ilə keçib. 3 hissə davam edən matçda Macarıstan təmsilçisi quru hesabla (3:0, 25:18, 25:11, 26:24) qələbə qazanmaqla turnirin də qızıl medalına sahib çıxıb.

Komandasının növbəti çempionluq qazandığı görüşdə yığmamızın üzvü 7 dəfə fərqlənib.

Qeyd edək ki, kapitanımızın komandası bir neçə gün əvvəl Macarıstanda təşkil olunmuş daha bir hazırlıq turnirinin qalibi olub.