Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Macarıstan çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi "Vasas" 1-ci turda "Szent Benedek" ilə üz-üzə gəlib. 

Görüş voleybolçumuzun komandasının üstünlüyü ilə keçib. Ayşən və rəfiqələri 3 hissə davam edən matçda quru hesablı qələbəyə seviniblər - 3:0 (25:14, 25:16, 25:19). 

Komandasının çətinlik çəkmədiyi qarşılaşmada yığmamızın və "Vasas"ın kapitanı 5 dəfə fərqlənib. Abduləzimova bu xallardan 3-nü hücumda, 1-ni blokda, 1-ni də eyslə qazanıb.

Qeyd edək ki, keçiridyi bütün görüşlərdə qələbə qazanan "Vasas" 32 xalla turnir cədvəlinə vahid liderlik edir.