Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin üzvü Ayşən Abduləzimova Macarsıtan çempiotında növbəti oyununa çıxıb. "Rekord.az" xəbə verir ki, blokçumuzun formasını geyindiyi "Vasas" 2-ci turda "UTE" klubunu qəbul edib. 

Görüş voleybolçumuzun komandasının üstünlüyü ilə başlayıb. Lakin sonradan meydan sahibi rəqibin ciddi müqaviməti ilə üzləşib. Bununla belə, Ayşən və rəfiqələri sensasiyaya imkan verməyiblər qarşılaşmadam 3:1 (25:23, 21:25, 25:9, 25:18) hesablı qələbə ilə ayrılıblar. 

Komandasının növbəti xallarını qazandığı görüşdə "Vasas"ın və yığmamızın kapitanı 11 dəfə fərqlənib. Abduləzimova rəqibi 7 dəfə hücumda, 2 dəfə blokda, 2 dəfə isə eyslə məyus edib.