Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Macarıstan çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, blokçumuzun şərəfini qoruduğu "Vasas" 5-ci turda "UTE" ilə qarşılaşıb. 

Rəqib meydanında baş tutan görüş "Vasas" üçün uğurlu alınıb. Meydan sahiblərinə şans verməyən Ayşən və rəfirələri matçda quru hesablı qələbə ilə ayrılıblar - 3:0 (25:16, 27:25, 25:20). 

Komandasının növbəti xallarını qazandığı oyunda millimizin və "Vasas"ın kapitanı 11 dəfə fərqlənib. Abduləzimova bu xalların 7-ni hücumda, 3-nü blokda, 1-ni isə eyslə qazanıb.