
Kamal Umudluya UEFA-dan yeni təyinat
- 16 May 2025 18:00
- 49
FIFA referisi Kamal Umudlu UEFA-dan növbəti təyinat alıb.
Rekord.az xəbər verir ki, Umudlu 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinin oyunlarında ehtiyat hakim olacaq.
Avropa çempionatı mayın 19-dan iyunun 1-dək 8 komandanın iştirakı ilə Albaniyada təşkil ediləcək.