İtaliyalı futbol hakimi Daniele De Santis və sevgilisi yaşadıqları mənzildə qətlə yetirilib.

Rekord.az xəbər verir ki, bu barədə “La Republica” nəşri məlumat yayıb.

Hadisə ötən gecə Leççedə baş verib. 33 yaşlı hakim və 30 yaşlı sevgilisi naməlum şəxs tərəfindən bıçaqlanıb. Cinayətkar onları öldürdükdən sonra hadisə yerindən qaçıb.

De Santis daha çox C seriyasının oyunlarına təyinat alıb. O, 2017-ci ildə B seriyasında da debüt edib.