Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Nikalina Başnakova İtaliya birinciliyində A2 seriyasında növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Pallavolo C.B.L. Costa Volpino" 4-cü turda "Volley Hermaea Olbia" klubu ilə qarşılaşıb.

Görüş voleybolçumuzun komandasının üstünlüyü ilə keçib. 3 hissə davam edən matçda Nikalina və rəfiqələri quru hesablı (3:0, 25:20, 25:23, 25:15) qələbəni bayram ediblər.

Komandasının çətinlik çəkmədiyi oyunda yığmamızın üzvü 11 xal qazanıb. Başnakova rəqibi 10 dəfə hücumda, 1 dəfə isə blokda məyus edib.