Futbol üzrə İsrail çempionatında 2022/23 mövsümünün qalibi müəyyənləşib.

Rekord.az xəbər verir ki, Hayfa “Makkabi”si sona bir tur qalmış çempionluğunu rəsmiləşdirib.

Sözügedən komanda buna səfərdə “Netanya”nı 5:1 hesabı ilə darmadağın etməklə nail olub.

Xallarını 78-ə çatdıran komanda izləyiciləri üçün əlçatmaza çevrilib. “Hapoel” (Beer Şeva) 71 xalla ikinci pillədə qərarlaşıb. Təl-Əviv “Makkabi”si isə 70 xalla üçüncüdür.

Bu, “Makkabi”nin ardıcıl 3-cü, tarixi ərzində 15-ci çempionluğudur. İsrailin ən titullu komandası isə Təl-Əviv “Makkabi”sidir. Bu klub 23 dəfə ölkə çempionu olub.