"Atletik" futbolçusu Raul Qarsiya ilə müqaviləni yeniləyib.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 36 yaşlı yarımmüdafiəçi ilə sözləşmənin müddəti 2023-cü ilin yayına qədər artırılıb.

Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü 2015-ci ildə "Atletiko"dan "Atletik"ə keçib. O, bu mövsüm 39 oyunda 7 qol vurub, 3 məhsuldar ötürmə edib.