Futbol üzrə İspaniya millisinin yeni baş məşqçisi bəlli olub.

Rekord.az xəbər verir ki, bu vəzifə Luis de la Fuenteyə tapşırılıb.

Bu barədə İspaniya Kral Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 61 yaşlı mütəxəssis bu gün istefa verən Luis Enrikeni əvəzləyib. Onunla dekabrın 12-də rəsmi müqavilə imzalanacaq.

De la Fuente bunadək İspaniyanın U-21 yığmasına rəhbərlik edib.

Xatırladaq ki, İspaniya seçməsi Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Mərakeşə uduzduğu üçün Luis Enrike ilə yollar ayrılıb.