Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin və İsmayıllı Təhsil sektorunun təşkilatçılığı ilə Heydər Əliyev adına Parkda şəhid Tural Şıxızadənin xatirəsinə həsr olunmuş atletika idman növü üzrə xatirə turniri keçirilib.

Rekord.az xəbər verir ki, ilk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Tədbirin keçirilməsi Şəhidlərin xatirəsinin daim yad edilməsi, vətənpərvərlik hissini yüksəltmək, məktəblilər arasında sağlam həyat tərzinin təbliği və zərərli vərdişlərdən uzaq olmaqları məqsədlərini özündə ehtiva edib.

Turnirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşları Bəhruz Xələfov və Əfqan Səlimov, DŞR Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov və əməkdaşları, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, şəhid valideyinləri Könül Şıxızadə, Aynurə Mirzəliyeva və Aydın Abdullayev, məktəb müəllimləri və şagirdlər iştirak ediblər.

Maraqlı və yadda qalan keçən xatirə turnirində qaliblər müvafiq olaraq DŞR Gənclər və İdman İdarəsinin diplom və medalları ilə mükafatlandırılıblar.