İsmayıllı Olimpiya İdman Kompleksində U-15 və U-18 qız və oğlanlar arasında Şimal-Qərb bölgəsi üzrə region birinciliyinin açılış mərasimi baş tutub.

Rekord.az xəbər verir ki, birincilikdə tədbiri açıq elan etmək və çıxış üçün söz Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri Natiq Bağırova və Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehova verilib.

Qeyd edək ki, 10 rayon komandasının iştirak etdiyi birinciliyə 07 avqust 2023-cü il tarixində yekun vurulacaq.Qalib gəlmiş idmançılar Respublika mərhələsinə vəsiqə əldə edəcəklər