İslamiadada mübarizə aparan kişi voleybolçulardan ibarət Azərbaycan yığması növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, A qrupunda yer alan komandamız bu dəfə Kamerun kollektivi ilə üz-üzə gəlib.

İlk qarşılaşmada çətinlik çəkmədən qələbə qazanan millimiz eyni uğuru təkrarlaya bilməyib. 3 hissə davam edən görüşdə voleybolçularımız quru hesablı məğlubiyyətlə barışmalı olublar.


İslam Həmrəyliyi Oyunları
A qrupu
11 avqust
   Azərbaycan - Kamerun 0:3 (19:25, 23:25, 15:25)