İsgəndər Əsgərov Avropa Kuboku oyununa təyinat alıb
- 12:00
- 31
Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov növbəti dəfə təyinat alıb.
Rekord.az xəbər verir ki, təcrübəli mütəxəssis qadınlar arasında Avropa Kubokunun 1/4 mərhələsinin "Bursa Böyükşəhər Bələdiyyəspor" (Türkiyə) - PAOK (Yunanıstan) görüşündə Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.
Sözügedən oyun martın 22-də Bursa şəhərinin "Nilüfər Bələdiyyə" İdman kompleksində keçiriləcək.
Qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edəcək.