Yeni mövsümdən Region Liqasında çıxış edəcək "Ağstafa gəncləri" komandası ev oyunlarını rayonun mərkəzi stadionunda keçirəcək.

Rekord.az xəbər verir ki, hazırda arena yeni mövsümə hazırlanır.

Stadionun ot örtüyünə əl gəzdirilir, çökək hissələr hamarlanır. Bu işdə komandaya yerli iş adamı Vüqar Həsənov da yaxından köməklik edir. Belə ki, iş adamı qazonun hamarlanması üçün öz vəsaiti hesabına asfalt hamarlayan maşın kirayələyib və komandanın ixtiyarına verib.