Ötən saylarımızın birində Mehman Allahverdiyevə istinadla Rusiyada yaşayan Şahin Məmmədov ad-soyadlı iş adamının növbəti mövsümdən “Kəpəz”ə sposnorluq etmək niyyətində olduğunu xəbər vermişdik.

 

Mehman bəy qəzetimizə açıqlamasında Novruz bayramını qeyd etmək üçün Azərbaycana gələcək iş adamı ilə görüşüb bu yöndə müzakirələr aparacağını, görüşdən sonra detallar barədə məlumat verəcəyini bildirmişdi.


Şahin bəy Novruz bayramı günlərində Azərbaycana gəlsə də, onun Allahverdiyevlə görüşüb-görüşmədiyini, 2021/21 “futbol ili”ndən Gəncə təmsilçisinə himayədarlıq edib-etməyəcəyini öyənə bilmədik. Bu yöndə ortaya çıxan suallara cavab tpamaq üçün dəfələrlə Mehman bəylə əlaqə saxlasaq da, zənglərimiz cavabsız qaldı. Elə Şahin bəy də nə zəngimizə, nə də mesajımıza cavab verdi. Ancaq Gəncədəki mənbələrdən əldə etdiymiz məlumata görə, tərəflər arasında razılıq əldə olunmayıb. Rusiyalı iş adamı “Kəpəz”ə sponsorluqdan imtina edib. Mənbəmizin sözlərinə görə, biznesmen ən yaxşı halda komandaya cəlb olunacaq bir legionerin illik məvacibini verə biləcəyini deyib ki, bunu da klub rəhbərliyi müsbət qarşılamayıb. ("Futbol plus")