
“İnter”də yeni müqavilə
- 15 Noy 2024 21:00
- 234
İtaliyanın "İnter” klubu futbolçusu Yan Bissek ilə müqavilə müddətini artırdığını açıqlayıb.
Rekord.az xəbər verir ki, mərkəz müdafiəçisi 2029-cu ilə qədər Milan təmsilçisinin uğurları üçün çalışacaq.
Bissek 2023-cü ildən "İnter"in şərəfini qoruyur. O, cari mövsümdə 11 oyuna çıxıb.