İtaliyanın “İnter” klubu yarımmüdafiəçisi Marselo Brozoviçlə müqaviləni yeniləyib.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

29 yaşlı futbolçu ilə 2026-cı ilədək sözləşmə imzalanıb. 

Brozoviç 2015-ci ildən "İnter"də oynayır. Təcrübəli oyunçu həmin vaxt Zaqreb “Dinamo”sundan 5 milyon avro qarşılığında İtaliya klubunda transfer edilmişdi.