“İnter” Stounzun transferini açıqladı
- 30 İyl 2026 23:38
- 29
İngiltərə millisinin müdafiəçisi Con Stounz karyerasını İtaliyanın "İnter" klubunda davam etdirəcək.
Rekord.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 32 yaşlı futbolçu ilə iki illik müqavilə imzalanıb. O, "İnter"ə azad agent statusunda qoşulub.
Stounz 2016-cı ilin yayından "Mançester Siti"də çıxış edirdi. Sözləşməsinin müddəti başa çatdığı üçün ötən mövsümün sonunda İngiltərə klubundan ayrılıb. Müdafiəçi Mançester təmsilçisinin heyətində bütün turnirlərdə 295 oyuna çıxıb, 19 qol vurub və 9 məhsuldar ötürmə edib.
İngiltərə millisində 94 oyun keçirən Stounzun hesabında 3 qol və 4 məhsuldar ötürmə var.