İtaliyanın “İnter” klubu bir neçə gün əvvəl “Cenoa”ya satdığı futbolçusu Andrea Pinamontini geri qaytarıb.

Rekord.az xəbər verir ki, bu barədə “neradzurra”nın mətbuat xidməti məlumat yayıb.

Klub 17 gün əvvəl 19,5 milyon avro müqabilində “Cenoa”ya satdığı 21 yaşlı futbolçunu 20 milyon avroya alıb.

“Cenoa” 2019/20 mövsümünü icarə əsasında komandada keçirən hücumçunu satınalma maddəsi ilə transfer etmişdi. “İnter” də müqavilədə olan gerialma bəndi ilə futbolçunu qaytarıb. Pinamontinin “İnter”lə 2024-cü ilin yayınadək, illik 2 milyon avro məvacib şərtiylə müqavilə imzaladığı bildirilir.