A Seriyasında baş məşqçi istefası
- 20:00
- 40
İtaliya A Seriyasında 2026/2027 mövsümündə dördüncü dəfə məşqçi istefası baş verib.
Rekord.az xəbər verir ki, “Venesiya” klubu rəsmi saytında Covanni Stroppanın istefasını elan edib.
Stroppa “Atalanta”ya 1:3 hesabı ilə məğlub olduqdan sonra “Venesiya”dan ayrılıb. Altı oyundan sonra komanda 0 xalla A Seriyasının turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Sentyabr ayında “Fiorentina”, “Bolonya” və “Parma”da da məşqçi dəyişiklikləri baş verib.