İngiltərə qrup birincisi oldu
- 03:00
- 30
Futbol üzrə dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, bu gün daha bir qrupda (L) mübarizəyə yekun vurulub.
İngiltərə Panamaya qalib gəlib. Nyu-York/Nyu-Cersi stadionunda keçirilən matçda avropalılar rəqibini 2:0 hesabı ilə üstələyiblər. Qolları 62-ci dəqiqədə Cud Bellingem, 67-ci dəqiqədə isə Harri Keyn vurub.
Bu qələbə sayəsində Tomas Tuxelin rəhbərlik etdiyi kollektiv qrupu 7 xalla birinci sırada tamamlayıb.
Xorvatiya isə Qana seçməsinə qalib gəlib. Filadelfiya stadionunda keçirilən matç Avropa təmsilçisinin 2:1 hesablı üstünlüyü ilə tamamlanıb. Xorvatiyada Petar Suçiç (31) və Nikola Vlaşiç (83) qol vuran futbolçular olublar. Afrikalıların heyətində isə Derik Lukasen (73) özündən söz etdirməyi bacarıb.
Bu qələbə sayəsində Xorvatiya qrupunu 6 xalla ikinci sırada tamamlayıb. 4 xalı olan Qana isə dördüncü yerdə qərarlaşıb.