İngiltərə kubokunun yarımfinalında keçiriləcək “Lester" - "Sauthempton" matçına azarkeşlər buraxılacaq.

Rekord.az “Sky Sports”a istinadən xəbər verir ki, Londondakı “Uembli” stadionunda təşkil ediləcək matça 4 min azarkeş canlı baxa biləcək. Stadiona yalnız paytaxt sakinləri girə biləcək.  Lester və Sauthemptondan olan azarkeşlər arenaya buraxılmayacaqlar.

Matç İngiltərə hökumətinin tamaşaçıları tribunalara geri qaytarma proqramı çərçivəsində bir sınaq olacaq.

Qeyd edək ki, sözügedən oyun aprelin 18-də keçiriləcək.