
İngiltərə klubu Argentina millisinin üzvünü transfer etdi
- 24 İyn 2025 15:40
- 48
İngiltərənin "Kristal Pelas" klubu Argentina millisinin qapıçısı Valter Benitesi transfer edib.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qapıçı iyulun 1-dən komandaya qoşulacaq.
32 yaşlı futbolçu Niderlandın PSV klubundan trnsfer olunub. Müqavilənin detalları barədə məlumat verilməyib.
PSV-nin heyətində 134 oyuna çıxan V.Benites bunların 43-də qapısını toxunulmaz saxlayıb. O, 2023-cü ildən Argentina yığmasının formasını geyinir.