Ölkə kubokunun ikinci təsnifat mərhələsində "Mingəçevir"i mübarizədən kənarlaşdıran "İmişli" 1/8 finalda"Qəbələ"yə rəqib oldu.

Rekord.az xəbər verir ki, püşkə görə oyun İmişlidə keçirilməli olsa da, matçın məkanı dəyişdirilə bilər.

Buna səbəb İmişli stadionunun Premyer Liqa səviyyəsində komandaları qəbul etməyə tam hazır olmamasıdır. Əldə etdiyimiz məlumata görə, PFL hələlik bu oyunla bağlı son qərarını verməyib. Eyni zamanda, "Qəbələ" də rəqibə matçın Qəbələdə keçirilməsini təklif edib.