
"İmişli" məşqlərə Ağsuda start verəcək?
- 13:00
- 110
"İmişli" yeni mövsümdən ev oyunlarını Ağsuda keçirəcək.
Rekord.az-a daxil olan məlumata görə, görə sözügedən komanda böyük ehtimalla məşqlərini də bu stadionda keçirəcək.
Artıq bununla bağlı AFFA ilə danışıq olub, razılıq da əldə olunub. Məlum olduğu kimi, Ağsu stadionu federasiyanın balansındadır.
Maraq üçün onu da qeyd edək ki, "İmişli" yay hazırlığı çərçivəsində yoldaşlıq görüşlərini də Ağsuda keçirəcək.