
"İmişli bu futbolçu ilə razılığa gəldi
- 22 May 2025 13:00
- 400
Yeni mövsümdən Premyer Liqada oynayacaq "İmişli" hazırkı heyətdən bəzi futbolçuları da komandada saxlayacaq.
Rekord.az-ın əldə etdiyi məlumata görə, bu futbolçulardan biri də İdris İnqilablıdır.
Onunla artıq şifahi razılıq əldə olunub və İdris Premyer Liqada da "İmişli"nin formasını geyinəcək.