"Kəpəz"in idarə heyətinin sədri İlqar Nadiri komandaya yeni sponsorun gəlişi ilə bağlı durumda hansısa dəyişiklik olmadığını bildirib.

Rekord.az xəbər verir ki, "Səbail"lə oyundan sonra jurnalistlərə açıqlamasında o, bildirib ki, hazırda bu məsələdə yenilik yoxdur.

Nadiri eyni zamanda sponsorların Gəncədə futbolundakı xoş olmayan mühitə görə komandaya yaxın durmamaları ilə bağlı məsələyə də münasibət bildirib. O, komandanlı götürmək istəyən şəxs üçün bütün şəraiti yaratmağa hazır olduqlarını bildirib: "Təki kimsə gəlib komandanı himayəsinə götürsün. Biz onlar üçün ən sağlam mühiti yaradarıq. Hətta mən özüm də postumu onlara təhvil verib getməyə hazıram. Təki "Kəpəz" yaşasın, təki Gəncə futbolu yaşasın. Amma təəssüf ki, hələlik elə bir adam yoxdur".